Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından uğurla keçib

Xəbərlər 01 İyul 2022 | 16:29
OXUNUB: 357

 

Dünyanın ən böyük yük konteyner gəmisi “Ever Art” Süveyş kanalından uğurla keçib.

Bu barədə jurnalistlərə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rabiə məlumat verib.

İdarə rəisi bildirib ki, nəhəng gəminin Süveyş kanalından insidentsiz keçməsi üçün katerlər vasitəsilə bütün marşrut boyu müşayiət həyata keçirilib. Bu, Malayziyadan Niderlanda üzən “Even Art”ın kanaldan birinci keçisidir. Tayvan bayrağı altında üzən və 221 min ton yükgötürmə qabiliyyəti olan bu yeni gəmi 24 min 132 konteyner daşıya bilir.

Misirin Süveyş Kanalı İdarəsi 2021-ci ilin martında kanalın bağlanmasına səbəb olan “Even Green” yük gəmisi ilə bağlı insidentdən sonra ərazidə genişləndirmə işləri aparıb, suyun dərinliyi artırılıb.

azertac

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı Avtosfer.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man

Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Cəriməni öyrən
Azərbaycan Respublikası
Baş Dövlət Yol Polisi İdarəsi
Sayta keçid
Sürücülük vəsiqəsinə hazırlıq
Talıbov İmtahana Hazırlıq
Başla
Azərbaycan Respublikasının
Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
dəstəyi ilə yenilənib.

Sorğu

Sizcə il ərzində ən çox cəriməni hansı qurum yazır?